"Cırtdan ailələr artdıqca uşaqlara nəzarət azalır " — Valideyn məsuliyyətsizliyi, yoxsa...?

GÜNDƏM 17 sentyabr 2024, 19:59
Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda 6 aylıq körpə yanaraq ölüb. Anası çörək bişirmək üçün evdə tək qoyub getdiyi körpə yatdığı yerdə yanıb.

 Bu kimi hadisələr son zamanlar davamlı olaraq baş verir. Uşaqların nəzarətsiz qalaraq pəncərədən özünü atması, suda boğulması və yanaraq ölməsi kimi   hallar  artmaqda davam edir. Bəs, buna səbəb nədir? Günahkar kimdir? 

Məsələ ilə bağlı Demokrat.az-a açıqalama verən sosioloq Lalə Mehralı bildirib ki, belə vəziyyətlərdə  valideyni qınamaq düzgün deyil:

“Heç bir valideyn belə halın yaranmağını təbii ki, istəməz. Biz ondan çox yana bilmərik o körpənin halına. Ondan daha çox kədərlənə bilmərik.  Onsuz  da bu ananın həyatının ən pis günüdür. Yəni analar kefindən bunu etmir. Onlar işə gedə bilmək, ailəni saxlaya, öhdəliklərini yerinə yetirmək üçün edirlər bunu.  Bu hadisə hamımızın başına gələ bilər. Hər kəsin həyatında göz qırpdığı an ola bilir. Hadisə ananın gözünün önündə də baş verə bilər, sonra da. İlk növbədə nəzarətsiz qalmağın səbəblərini araşdırmaq lazımdır. Niyə ana uşağını kiməsə tapşırıb, qoyub gedə bilmir? Bu uşağın atası-anası, nənəsi-babası varmı? Bunları araşdırmaq lazımdır. Niyə hamı ananın yaxasından yapışır? Belə vəziyyətlərdə empatiya qurmaq lazımdır. Özümüzü həmin şəxsin yerinə qoyub danışmaq daha doğru olar. Belə hadisələrə səbəblərdən biri də, ailələrdə böyüklər və gənc ailələr bir-birindən ayrı yaşamaq məcburiyyətində olması, ya da könüllü seçirlər bu həyatı. Cırtdan ailələr artır, ata, anadan və uşaqdan ibarət olan ailə. Belə olan halda isə təbii ki, uşaqların nəzarətsiz qalma ehtimalı çoxdur. Çünki ana və ata işləyib ailəni təmin etməlidir. Bu anlarda uşaq ani nəzarətdən yayına bilər. Ailədə əgər başqa üzv yoxdursa, belə hadisələr qaçılmazdır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top