Qəzzada ölənlərin sayı yenidən artdı

DÜNYA 17 sentyabr 2024, 18:59
İsrailin Qəzza zolağına 347 gündür davam etdirdiyi hücumlarda ölənlərin sayı ən az 41 min 252- ə yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib.
M
əlumata görə, 24 saatda Qəzza zolağına edilən 3 hücumda 26 fələstinlinin həyatını itirdiyi, 84 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edək ki, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayının 41 min 252-yə, yaralıların sayının isə 95 min 497-yə yüksəldiyi vurğulanıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 oktyabr 2024, 16:57
10 oktyabr 2024, 16:50
Top