Cənubi Qafqazda “rəngli inqilab” ssenarilərin qoxusu yenidən yayılıb. Bu dəfə hədəfdə Gürcüstandır. Gürcülər bu ssenarini ilk dəfə 2003-cü ildə yaşayıblar və belə demək mümkünsə, Tbilisi küçələrində bayram edirdilər. Lakin az keçmədi ki, onlar demokratiyanın yox, böyük geosiyasi oyunun bir hissəsi olduqlarını anladılar. 2008-ci ildə baş verən “beş günlük” müharibə və Gürcüstan ərazi bütövlüyünün pozulması bunun ən ağrılı nümunəsidir.
Gürcüstanda “rəngli inqilab” edən və Rusiya ilə üz-üzə qoyan Qərb müharibədə rəsmi Tbilisini açıq şəkildə Moskva ilə təkbətək buraxdı, heç bir dəstək vermədi. Rusiya tankları Tbilisiyə qədər çatmışdılar. Nəticədə Gürcüstan ərazilərini itirdi, gürcü xalqı böyük qurbanlar verdi. Qərb onları aldatmış və oyunlarına alət etmişdi.
Hazırda eyni ssenari yenidən davam edir. Ukraynada Rusiya ilə müharibə aparan Qərb Gürcüstandan Moskvaya qarşı “ikinci cəbhə”ni açmasını istəyirlər. Hakim “Gürcü arzusu” bunu qəbul etmir, “marionet dövlət” olmaqdan açıq şəkildə imtina edir. Qərbin, birbaşa ABŞ-ın ölkənin daxili işlərinə müdaxilə imkanlarını sıradan çıxarmaq, milli maraqlara yaranan təhdidləri aradan qaldırmaq məqsədilə “xarici agentlər” haqqında qanunu da qəbul etdilər.
Vaşinqtonun bütün təzyiqlərinə rəğmən Tbilisi geri çəkilmədi. Məhz bu situasiya ABŞ-ın xoşuna gəlmir, çünki Gürcüstana ABŞ üçün həm də bütün regiona öz təsir rıçaqlarını ixrac etmək üçün istifadə edilən platforma kimi baxırlar. “Gürcü arzusu”nun prinsipial mövqeyi ABŞ-ın bölgədəki bütün şəbəkəsini təhlükə altına salıb.
ABŞ vəziyyəti xeyrinə dəyişmək məqsədilə klassik müdaxilə siyasətinə əl atır. Hədəf Tbilisidə çevriliş etməkdir. Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri bu ssenarinin həyata keçiriləcəyi zaman olaraq seçilib.
Gürcüstan və bir sıra xarici media orqanının məlumatları göstərir ki, seçkilərdə xaosun yaradılması və hakimiyyətin dəyişdirilməsi ssenarisi artıq işə düşüb. Bu məqsədlə beynəlxalq media korporasiyalarında Gürcüstan hakimiyyətinə qarşı kampaniya aparılır, paralel olaraq, Tbilisidəki şəbəkəsini “xoas ssenarisinə” hazırlayırlar. Seçkidə hakim partiyanın qalib gəlməməsinə imkan verməmək üçün kütləvi aksiyalar təşkil ediləcək. Seçkinin legitimliyi tanınmayacaq, dövlət binalarına hücumlar ediləcək. Bir sözlə Tbilisi küçələri xaosa bürünəcək.
Gürcüstan baş naziri İrakli Kobaxidze də bir müddət öncə xaos planının hazırlandığını açıqlamışdı.
“Seçkilərdə qalib gəlmək şansı olmayan müxalifət səsvermədən sonra iğtişaşlar hazırlayır”, - o bildirib.
Gürcüstan müxalifətinin seçkidə qalib gəlmək şansının olmadığını Qərb mediası da etiraf edir. “Financial Times” nəşri yazır ki, Gürcüstan müxalifəti qalib gələcəyini düşünür, lakin yanılırlar.
“Seçkilər təkcə Tbilisidə keçirilsəydi, bəlkə də belə olardı. Lakin bölgələrdə vəziyyət fərqlidir, hakim partiyanın dəstəkçiləri daha çoxdur”, - nəşr yazır.
Göründüyü kimi, Qərb qalib gəlmək şansı olmayan müxalifəti dəstəkləmək və hakimiyyət çevrilişi etmək üçün seçkilərdə xaos ssenarisini işə salmaqdır. Əsas məqsəd isə Gürcüstanə geosiyasi oyunlarına qurban vermək, 2008-ci ildə olduğu kimi istifadə etdikdən sonra atmaqdır. Hazırda Ukraynada baş verən ssenarini Gürcüstanda təkrarlamaq istəyirlər. Lakin gürcü xalqı bunu bir dəfə yaşayıb, ikinci dəfə baş verməsinə imkan verməyəcək.
Vaqif Hüseynli
Demokrat.az