Erməni batalyonu Suriyada Türkiyəyə qarşı döyüşə yollandı

HADİSƏ 14 okt 2019, 23:04

Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb.


Demokrat.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə EADaily xəbər yayıb.


Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib.


Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.


Qeyd edək ki, bərbi bölmənin adını daşıdığı Nubar Ozanyan fəal kommunist olub və bir sıra silahlı qarşıdurmalarda iştirak edib. 2017-ci ilin avqustunda öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top