Nazir irad bildirdi, direktorlar qəbul günlərini açıqladı

SOSİAL 12 sentyabr 2024, 16:41

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında bəzi məktəb direktorlarının qəbuluna düşməyin nazirin qəbuluna düşməkdən çətin olduğunu açıqlamışdı.

Nazir bildirmişdi ki, məktəb direktorları, valideynlərlə görüşməli, onlara lazım olan mesajları çatdırmalıdırlar. 

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin xəbərdarlığından sonra artıq bəzi məktəb direktorları vətəndaş qəbuluna daha həssas yanaşmağa başlayıblar. 

Sumqayıt, Gəncə və digər şəhər və rayonlarda məktəblərin sosial şəbəkə hesablarında direktorların qəbulu üçün xüsusi gün və saatlar ayrılıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxt məktəblərində vətəndaş qəbulu hər zaman diqqətdə saxlanılan məsələlərdən biridir: “Bakıda hər bir məktəbdə konkret olaraq vətəndaş qəbulu qrafiki əvvəldən mövcud olub. Məktəb direktorları iş günlərində qrafikə uyğun olaraq qəbul keçirirlər. Həmçinin qrafikdənkənar da qəbullar həyata keçirilir.

Bu məsələ ilə bağlı BŞTİ tərəfindən bir daha təhsil müəssisələrinin rəhbərlərinə aidiyyəti göstərişlər verilib. Vətəndaş məmnuniyyətinin təmin olunmasına daha həssas münasibətin göstərilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsinin diqqət mərkəzində saxlanılması tapşırılıb”.

 

 



SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 00:14
17 sentyabr 2024, 22:40
17 sentyabr 2024, 21:57
Top