"Məhz həmin qüvvələr bu terrorun təşkilatçılarıdırlar" — İran edam hökmünü gecikdirir

GÜNDƏM 17 sentyabr 2024, 21:45
İranın paytaxtı Tehranda Azərbaycanın səfirliyinə hücum edən terrorçu ilə bağlı çıxarılan hökmün icrası artıq bir ilə yaxındır ki, uzanır. Cinayətkarın barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Edamla bağlı qərar tez bir zamanda icra olunmasa, Azərbaycanın İrandakı səfirini növbəti dəfə geri çağıracağı barədə məlumatlar yayılıb. Politoloq Samir Hümbətov Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"Edam hökmü verilib, icra olunmalıdır. Hökmün icrası gecikirsə, Azərbaycan tərəfi bununla bağlı müəyyən tələblər irəli sürə bilər. Düşünmürəm ki, sırf bu məsələyə görə Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılsın. Səfirlik işini davam etdirə bilər. Amma Azərbaycan dövləti İran tərəfinə təsir etmək üçün əlindəki imkanlardan istifadə edə bilər. Azərbaycanın İrandakı səfirinin geri çağırılması bu məsələdə ən son variant kimi dəyərləndirilə bilər. Hər bir halda qərar icra olunmalıdır, çünki bu  Azərbaycan dövlətinə qarşı yönəlmiş təxribat xarakterli addımdır. Əgər icra etmirlərsə, demək arxasında Azərbaycana qarşı güclər dayanır. Və məhz həmin qüvvələr bu terrorun təşkilatçılarıdırlar. Düşünürəm ki, gec ya tez verilmiş qərar icra olunacaq".

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top