Almaniya Ukraynaya 100 milyon avroluq yardım göndərdi

DÜNYA 17 sentyabr 2024, 20:48
Almaniya Rusiyanın infrastrukturuna hücumlarının davam etməsi ilə əlaqədar Ukraynaya əlavə 100 milyon avro qış yardımı ilə dəstək verəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib. 

"Ukraynada dağılmış infrastruktura görə kifayət qədər enerji yoxdur, buna görə də elektrik, su və istilik yoxdur, Moskva Ukraynada insanların həyatını mümkün qədər dəhşətli etməyə çalışır", - deyə o,qeyd edib.

Nazir bildirib ki, Ukraynaya dəstək "həmçinin Moldovaya və ümumilikdə Avropa demokratiyasına dəstəkdir".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top