Türkiyədə yenidən güclü zəlzələ oldu

HADİSƏ 17 sentyabr 2024, 22:27
Türkiyədə, Manisanın Akhisar rayonunda 4 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, mərkəzi Akhisar rayonu olan zəlzələ saat 14:22-də baş verib.

17,73 kilometr dərinlikdə qeydə alınan zəlzələ Akhisar rayonunun Hamidiye, Bünyan Osmaniye, Ballıca, Sünnetçilər və Eroğlu kəndlərində hiss olunub.

Dağıntı və tələfat barədə heç bir məlumat yoxdur.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 12:00
Top