Rəsmi Moskvadan Paşinyana ÇAĞIRIŞ

SİYASƏT 11 sentyabr 2024, 18:45
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanı Cənubi Qafqazda sülh uğrunda canları bahasına mübarizə aparanlara hörmətlə yanaşmağa çağırıb.

Demokrat.az xəbər verir ki, o, bunu Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın mətnini təhrif etdiyi son açıqlamalara münasibət bildirərkən deyib.

"Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”, - deyə Zaxarova vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top