Xəbər verdiyimiz kimi, Azərbaycanda 9 ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb. Qərara əsasən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Bakı Slavyan Universiteti və Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının qanunu olduğunu deyib:
“Bu qanunun tətbiq dairəsi Konstitusiyanın 94-cü maddəsinə uyğun olaraq nəzərdə tutulur. Publik hüquqi şəxs ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyən hüquqi normaların məcmusunu nəzərdə tutur. Publik hüquqi şəxs dövlət və bələdiyyə adından yaradılan ümumdövlət və ya ictimai əhəmiyyət daşıyan və bu fəaliyyətlə məşğul olan dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır. Publik hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul ola, qarşıya qoyulan məqsədə nail olmaq üçün sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi şərtilə imkanlara sahib ola bilər”.
Eskpert əlavə edib ki, hazırda universitetlərə bu statusun verilməsi onların gələcəkdə sahibkarlıq fəaliyyəti də göstərə biləcəyi deməkdir:
“Tutaq ki, hər hansı bir universitetdə tələbələr tərəfindən bir məhsul istehsal olunub, bu məhsul həmin universitetin adı ilə tanıdıla, satıla bilər. Yaxud universitetlər maliyyə imkanlarını yaxşılaşdırmaq üçün müəyyən təşkilatlarla əməkdaşlıq edə, saziş bağlaya bilər. Nəticə etibarilə daha güclü professor-müəllim heyəti cəlb edə, infrastrukturu yaxşılaşdıra bilər. Bu statusun verilməsi universitetlər arasında rəqabətə gətirib çıxaracaq, təhsildə keyfiyyət göstəricilərinə, təhsilalanların akademik göstəricilərinə müsbət təsir edəcək”.
Törə Zeynallı
Demokrat.az