"Məktəb sistemini bilməyən şəxsləri nazirlik təyin edir, biz yox" — Deputatdan nazirin sözlərinə SƏRT REAKSİYA

GÜNDƏM 10 sentyabr 2024, 20:25
Elə məktəb direktorları var ki, onların qəbuluna düşmək mənim, nazirin qəbuluna düşməkdən daha çətindir.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

 Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Fazil Mustafa  bildirib ki, bu sözləri kənardan biri söyləsə, bunu anlayışla qəbul etmək olar:

“Doğrudan da xeyli keyfiyyətli şəxslər var ki, onlar direktor təyin olunublar. Müxtəlif vasitələrlə bu vəzifəyə təyin ediliblər. İçərlərində qabiliyyətli, savadlı müəyyən dürüstlüklə yer tutan insanlar da var.  Amma əksəriyyəti təcrübəsiz və məktəb sistemini çox da dərindən bilməyən insanlardır. Hər halda bunu mən  və ya başqası təyin etməyib, bilavasitə nazirlik tərəfindən təyin olunub və nazirliyin bilgisi daxilindədir. Nazirlik indi durub günahı kimin üzərinə atır ki? Elə adamlar təyin etsinlər ki, onlar müəyyən dərəcədə hamı ilə kommunikasiya qura bilsinlər. Əgər təyin edə bilmirlərsə, ilk növbədə özlərini tənqid etsinlər ki, bu səhvlərə səbəb özləridir. Bəli, hazırda məktəb direktorlarının qəbuluna düşmək mümkündür, amma keyfiyyətcə məktəb direktoru olmağa hazır olmayan insanların xeyli hissəsi də hansısa vasitələrlə təyin olunur. Bunu araşdırmaq lazımdır. Hər halda bu məsələdə başqalarında günahın axtarılmasının tərəfdarı deyiləm. Çünki bu təyinatı gerçəkləşdirın bilavasitə nazirlikdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 17:08
17 sentyabr 2024, 15:41
Top