Avropa və bir çox dünya ölkələri yaşayış standartları baxımından bir-birindən fərqlənir. Bu səbəbdən iş saatlarında da kəskin fərqlər yaranır. İş saatlarına görə ölkələri müqayisə etsək ən çox iş saatı BƏƏ, Hindistan ,Türkiyə və Azərbaycanda nəzərdə tutulur. Hətta bəzən Azərbaycanda iş saatlarının çox olmasındam şikayətlənənlər də var. Ümumiyyətlə iş saatları necə olmalıdır?
Məsələ ilə bağlı Demokrat.az-ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən 8 saatlıq iş rejimi nəzərdə tutulub:
“Bu 8 saatlıq iş rejimindən artıq iş saatının olması qadağandır. Yalnız özəl hallarda 8 saatdan artıq iş rejimi ola bilər, amma bunun üçün əlavə ödənişlər olmalıdır. Bu nöqteyi nəzərdən baxanda Azərbaycandakı qanunvericiliklə dünya ölkələrindəki qanunvericilikdə ciddi bir fərq yoxdur. Sadəcə problem ondadır ki, maaşlar çox aşağıdır. Əsasən də, özəl sektorda, kafelərdə, restoranlarda əlavə qazanc əldə etmək üçün 10-12 saat işləməyə məcburdurlar. Bunu insanlar özləri istəyir ki, qazancları çox olsun. Çünki maaşların aşağı olması insanların daha çox əmək sərf etməsinə şərait yaradır”.
Mehriban Mirzəzadə
Demokrat.az