MN-in mətbuat xidməti ləğv edildi — Anar Eyvazov idarə rəisi oldu

HƏRBİ 17 sentyabr 2024, 16:18
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Məlumatı nazirlikdən sorğumuza cavab olaraq təsdiq ediblər. Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi nazirliyin Mətbuat xidmətinin rəisi idi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 08:34
19 sentyabr 2024, 08:24
Top