Fransanın Ukraynada istehsal etdiyi PUA və hərbi texnikalar Ermənistana göndərilir

DÜNYA 17 sentyabr 2024, 16:58
Fransız şirkətləri tərəfindən Ukraynada istehsal olunan dron və texnika avadanlığının bir hissəsi Ermənistana ayrılır.

APA-ya Qərbdəki diplomatik mənbə bildirib ki, məhsulların təxminən 30%-i Ermənistan üçün nəzərdə tutulub.

Mənbə xüsusilə vurğulayıb ki, ilk yüklər artıq göndərilib.

Məlumata görə, bu ilin yayından etibarən Fransanın üç müdafiə sənayesi şirkəti pilotsuz uçuş aparatları (PUA) və müxtəlif texnika, o cümlədən zirehli texnika üçün ehtiyat hissələrinin istehsalı sahəsində əməkdaşlığa başlayıb.

Fransa Müdafiə Nazirliyinin birbaşa nəzarəti altında həyata keçirilən layihənin məqsədi Ukraynanın Rusiya ilə münaqişədə dəstəklənməsi olduğu bildirilsə də, sonradan Ermənistana da silah tədarükünə başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 sentyabr 2024, 08:34
19 sentyabr 2024, 08:24
Top