"Yüksək bal toplayanlar növbəti illərdə universitetlərdə uğurlu fəliyyət göstərmirlər" — Deputat

GÜNDƏM 10 sentyabr 2024, 19:27
Maksimum bal, əlbəttə, abituriyent üçün istədiyi ixtisasa qəbul olmaq deməkdir, amma bu belə hər şey hesab olunmur. 700 bal toplayanın yüksək savada malik olduğunu demək olmaz.

Bu sözləri Azərbaycanın sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov deyib.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov bildirib ki, həqiqətən də yüksək bal toplamaq tələbənin çox savadlı və bilikli olması anlamına gəlmir:



“ Nəzərə almalıyıq ki, bu yüksək balı toplayanlar zəhmət nəticəsində hazırlaşaraq universitetə qəbulda yüksək bal toplayanlardı. Yəni təcrübəyə nəzər yetirdikdə isə məsələnin mahiyyəti və xarakteri, bir sıra hallarda yüksək bal toplayan gənclər heç də növbəti illərdə universitetlərdə uğurlu fəliyyət göstərmirlər. Onların uğur faizi uğur nisbəti o qədər də çox olmur. Bu o demək deyil ki, 700 bal topluyan gənc çox savadlıdır və bu gənc təhsil dövründə də uğur qazanacaq. Yəni təcrübə bunu göstərir. Çünki yüksək bal toplayan gənclər bəzən arxayınlaşır, rahatlaşır və növbəti illərdə o qədər də çalışmır, oxumurlar. Burada nəticə etibarilə onların dövrdə uğurlu tələbə olmasına mənfi təsir göstərir. Bizim qaldırdığımız məsələ odur ki, yüksək bal həqiqətən də tələbənin çox savadlı və bilikli olması anlamına və mənasına gəlmir. Bəzən bu fərqli göstəricilərlə nəticələnir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 sentyabr 2024, 17:08
17 sentyabr 2024, 15:41
Top