“Macarıstan bir sıra beynəlxalq platformalarda uğurlu ölkə kimi iştirak edib. Macarıstanın bu gün Azərbaycanla əlaqələri yüksək səviyyədədir. Eyni zamanda Ermənistanla da problem yaşayan ölkə deyil,ən azından Macarıstan xarici işlər naziri Peter Siyartonun bugünkü forumda iştirak etməsi bunu deməyə əsas verir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. Ekspert bu gün keçirilən “İrəvan dialoqu” forumunda Macarıstanın Azərbaycanla Ermənistan arasında normallaşma prosesində vasitəçilik etməsi fikrinə münasibət bildirib:
“Düşünürəm ki, Macarıstan Azərbaycanla Ermənistan arasında danışıqlarda uğurlu bir ölkə kimi vasitəçilik edə bilər. Son dövrlər Qazaxıstan və Macarıstanın danışıqlar prosesində vasitəçi qismində iştirak etməsi tez-tez müzakirə edilir. Doğrudan da nəzər alsaq ki, Macarıstan beynəlxalq münasibətlər sistemində aydın və dəqiq mövqelərə malik ölkədir, o zaman onun vasitəçilik rolunun önə çıxdığını deyə bilərik. Budapeştin Bakı və İrəvan arasında danışıqlarda vasitəçi olaraq iştirakını müsbət dəyərləndirirəm. Amma bütövlükdə bu məsələdə Ermənistanın üzərinə daha böyük məsuliyyət düşür. Çünki havadarları olan Fransa və ümumilikdə Qərb imperializmi Azərbaycanla normallaşma prosesini dəstəkləmir və bölgədə gərginliyin davam etməsində maraqlı görünür”.
Qeyd edək ki, Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto bu gün “İrəvan dialoqu” forumunda ölkəsinin Bakı ilə İrəvan arasında vasitəçilik etməsi məsələsini gündəmə gətirib.Onun sözlərinə görə, Budapeşt sülh sazişinin imzalanacağı məkan ola bilər. Diplomat Cənubi Qafqazda sülhün əldə olunmasının vacibliyini qeyd edərək, region sakinlərinin öz evlərində təhlükəsiz və dinc yaşamaq hüququna malik olduğunu vurğulayıb.
Törə Zeynallı
Demokrat.az