"Test imtahanları ötəridir, tələbə biliyinin qiymətləndirməsində müxtəlif alternativlər olmalıdır" — AÇIQLAMA

GÜNDƏM 10 sentyabr 2024, 16:14
Dünyanın bütün yerlərində müəyyən bir dönəmdə tələbə biliyinin doğru və adekvat qiymətləndirmə sistemi yoxdur.  Test imtahanları ötəridir. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib. O bildirib ki, Avropanın inkişaf etmiş ölkələri ABŞ-da təkcə tələbələrin qəbul balı ilə yox, müəyyən imtahan nəticələrinə əsasən Universitetlərə müraciət etdikdə onlar müsahibədən keçirdilər:

“Müsahibə zamanı oxuduğu ixtisasın əsaslandırılması ilə bağlı müəyyən bir esse yazır. Bu zaman tələbə müsahibəyə çağırılır və onlara müxtəlif formatlı suallar verilir, həm psixoloji, həm təhsil, həm İQ səviyyəsinə uyğun suallar verilir. Bu zaman onun savadlılığı daha dəqiq təsbit edilir. Bu gün bizim təhsil sistemimizdə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlar şəffafdır, amma tələbənin biliyini tam real əks etdirmir. Bu nöqteyi nəzərdən düşünürəm ki, tələbə biliyinin qiymətləndirməsində müxtəlif alternativ formatlar düşünülməlidir. Dünya inkişaf edirsə, bizdə dünyaya inteqrasiya ediriksə, bu məsələlərə diqqət etməliyik”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top