Xəbər verdiyimiz kimi, ötən gün iki yaşlı uşaq masaj edilərkən ölüb. Hadisə Biləsuvar rayonunda baş verib. Masajçı (sınıqçı) N.İmanova 2022-ci il təvəllüdlü körpənin sümüklərini masaj edərkən azyaşlının ölməsi ilə bağlı iddialar yayılıb.
Ümumiyyətlə körpələrin və uşaqların lazım oldu-olmadı masaj edilməsi doğrudurmu? Masajın uşaqlara hansı zərər və faydaları var?
Məsələ ilə bağlı Demokrat.az-ın suallarınl cavablandıran pediatr Aytən İsmayılzadə bildirib ki, masaj təhlükəsiz bir prosedurdur:
“Sadəcə olaraq uşaqlar və körpələr masaj edilərkən onlarda temperatur, dəridə hər hansı infeksion səpkilər olmamalıdır. Uşaq xəstəlikdən yeni xilas olubsa, ona masaj olmaz. Çünki bu dövrdə bədən zəif olur. Masaj texnikası düzgün icra edilərsə, təhlükəsizdir. Amma düzgün icra edilməzsə, burada oynaq çıxıqları baş verə bilər, hətta sınıq ola bilər. Bərk basılarsa, qabırğa sınar, pnevmatoraks baş verə bilər və bu kimi ağır fəsadlarla nəticələnə bilər. Əlbəttə ki, düzgün texnika icra edilərsə, birbaşa ölümlə nəticələnən hər hansı bir səbəb masaj zamanı baş verə bilməz. Uşaqları masaj edərkən əsasən boyun nayihəsində ehtiyatlı davranmaq lazımdır. Ümumiyyətlə uşaqlarda masajlar travmatik olmamalıdır. Bədəndə hər hansı bir ağrı varsa, bu masaja başlamaq düzgün deyil”.
Pediatr masaj edilərkən ölən uşaqla bağlı da məsələyə aydınlıq gətirib:
“O ki qaldı, ötən gün masaj edilərkən ölən uşağın aqibətinə, bu masajla əlaqəli ola bilməz. İnsanlarda çaşqınlıq yaratmaq düzgün deyil. O uşaqla necə davranıla bilər ki, uşaq masaj zamanı ölsün? Texnika düzgün icra edildikdə, masaj edilməsi uğurla həyata keçir. Amma hər hansı bir kobudluğa belə rast gəlinsə, masaj edilərkən ölməsi mümkün deyil”.
Mehriban Mirzəzadə
Demokrat.az