Mirzoyan: Sülh sazişində 16 bənddən 13-ü tam razılaşdırılıb

REGİON 09 sentyabr 2024, 14:40
İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. 

Demokrat.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. 

Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var. 

Ermənistanın XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq. 

“Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”, – Mirzoyan əlavə edib. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 oktyabr 2024, 11:58
13 oktyabr 2024, 10:44
Top