Daha bir idmançımız Paralimpiya ÇEMPİONU oldu — FOTO

İDMAN 07 sentyabr 2024, 14:24
Azərbaycan paraatleti Orxan Aslanov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Demokrat.az xəbər verir ki, T13 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma yarışında qüvvəsini sınayıb.

O, 7,29 metr məsafə göstərici ilə qızıl medal qazanaraq Paralimpiya çempionu olub.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı doqquza (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top