ABŞ Ukraynaya növbəti yardım tranşı ayırdı

DÜNYA 06 sentyabr 2024, 21:02
ABŞ hökuməti Ukraynaya 250 milyon dollar dəyərində hərbi yardım tranşının ayrıldığını elan edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumatda görə, Ukraynaya verilən silahlar ölkənin ən təcili ehtiyaclarını ödəmək üçün nəzərdə tutulub.

“O cümlədən hava hücumundan müdafiə raketləri, reaktiv yaylım atəşi sistemləri və top artilleriyası üçün döyüş sursatları, zirehli texnika və tank əleyhinə silahlar veriləcək”, - məlumatda bildirilir.

Qeyd edək ki, söhbət yeni silahların alınmasından yox, ABŞ hərbi anbarlarında saxlanılan silahların verilməsindən gedir.

Yardım paketinə “M113” zirehli transportyorları, “Bradley” piyadaların döyüş maşınları, mina əleyhinə gücləndirilmiş təkərli zirehli maşınlar, HIMARS reaktiv yaylım atəşi sistemi üçün raketlər, top artilleriyası üçün 155 və 105 mm-lik mərmilər daxildir.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top