İnsanın orta ömrü 160 il olacaq — Unikal kəşf

MARAQLI 06 sentyabr 2024, 16:20
Hüceyrələrdə protein istehsalını idarə edən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyi aşkar edilib.

Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın "UC Merced" universitetinin tədqiqatçıları araşdırma aparıblar.

Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra OTUD6 mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar.

Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Universitetin professoru Fred Volf və komandası hüceyrələrin OTUD6 miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.

Bununla belə, tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar. Tədqiqat insanlar üzərində təsirli olarsa, insanın 80 il olan orta ömrü 160 ilə qədər arta bilər.

Tədqiqat "Nature Communications" jurnalında dərc olunub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top