Musiqi məktəbində növbəti qalmaqal: Yenə təcili yardım çağırıldı

GÜNDƏM 06 sentyabr 2024, 16:03
Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir hadisə yaşanıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb. 

Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb. 

Qeyd edək ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.



Məsələni aydınlaşdırmaq üçün TƏBİB-ə sorğu ünvanladıq.

Sorğumuza cavab olaraq bildirildi ki:“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və  61 yaşlı şəxsə (qadın cinsli) təzyiq ilə əlaqədar  yerində yardım göstərilib”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top