Bu da AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları — VİDEO

ŞOU-BİZNES 05 sentyabr 2024, 23:30

AzTV-nin "Telesəhər" verilişinin yeni aparıcıları bəlli olub.

Demokrat.az xəbər verir ki, "Telesəhər" yeni mövsümə yeni simalarla hazırdır.

Belə ki, 9 sentyabrdan yayıma başlayacaq verilişə yeni aparıcılar təyin olunub.

Verilişin aparıcıları Şaiq Ağayev, Təranə Quliyeva, İskəndər İbrahim və Könül Cəfərzadədir.

Şaiq Ağayev altı ildir ki, AzTV-də aparıcı vəzifəsində çalışır. Daha əvvəl "Regional", "Region", ATV və ARB TV-də çalışıb.

Təranə Quliyeva daha öncə Lider TV-də redaktor, GünAz TV və ATV-də aparıcı, son olaraq MTV-də layihə rəhbəri və aparıcı kimi çalışıb.

İskəndər İbrahim Xəzər TV, Xəzər FM və Araz FM-də aparıcı vəzifəsində çalışıb.

Könül Cəfərzadə isə həm aktrisa, həm də aparıcı kimi fəaliyyət göstərir. İki ildir ki, AzTV-də çalışır və son olaraq "Üçbucaq" verilişinin aparıcısı olub.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 22:49
15 sentyabr 2024, 21:46
15 sentyabr 2024, 20:15
15 sentyabr 2024, 19:59
Top