"Aİ Türkiyənin üzvlük məsələsini manipulyasiya vasitəsinə çevirib" — AÇIQLAMA

GÜNDƏM 03 sentyabr 2024, 22:19
“Avropa İttifaqı uzun müddətdir ki, Türkiyənin ittifaqa üzvlük məsələsini manipulyasiya vasitəsinə çevirib. Əslində bu gün Aİ sistematik şəkildə Türkiyənin üzvlük məsələsi ətrafında oyunlar qurmağa çalışır, amma bu manipulyasiyalar artıq mahiyyət daşımır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib. Onun sözlərinə görə Türkiyə artıq əvvəlki kimi ittifaqa üzv olmağa can atmır: 

“Əvvəlki dövrlərdə bu məsələdə Türkiyənin daha kəskin addımlar atdığını görürdük. Daha sonra isə Türkiyə Aİ tərəfindən gələn qəbuledilməz addımlara qarşı olaraq prosesi bloklamağı bacarmışdı”.

Türkiyənin Aİ-yə üzvlükdə israrçı olmağı ilə bağlı fikirlərə gəlincə isə ekspert bununla razılaşmadığını qeyd edib:

“Türkiyə sadəcə olaraq obyektiv bir mövqe ortaya qoyur, özünün Qərbə inteqrasiya mövqeyini nümayiş etdirir. Amma əsla heç bir halda Türkiyə bugünkü gündə təşkilata üzvlük məsələsini özünün xarici siyasətində prioritet kimi müəyyənləşdirməyib”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top