"Artıq istənilən şəxs taksi sürücüsü ola bilməyəcək" — Sürücülər növbəti imtahanı verəcəklər

GÜNDƏM 03 sentyabr 2024, 21:14
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi oktyabrın 6-da xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti dəfə imtahan keçirəcək.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlma verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, taksi sürücülərinin imtahan verməsi artıq sürücülüyün də bir peşə kimi təsbit olunması deməkdir:




“Əvvəlki dövrlərdəki kimi, hər ürəyi istəyən şəxs əyləncə və digər məqsədlər naminə taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəklər.

Bu imtahanların sualları da o qədər də çətin deyil. Peşəkar sürücü üçün bu imtahanı vermək asandır.  Bu, sürücülük vəsiqəsi imtahanı kimi çətin deyil. Sadəcə burada  müəyyən etik və davranış qaydaları ilə bağlı müəyyən məsələlər var.

Bildiyiniz kimi, bu imtahanlar mütəmadi keçirilir. Yəni vaxtaşırı olaraq bir dəfə imtahandan keçə bilməyən sürücünün şansı var ki, növbəti dəfələrdə gedib yenidən imtahan  versin”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top