"1 saat ərzində 4-5 ulduzun düşməsini müşahidə edəcəyik" — Astrofizik

GÜNDƏM 03 sentyabr 2024, 20:07
Meteor yağışları hər il baş verən hadisələrdir. Sadəcə olaraq kometlər hərəkəti zamanı onların hərəkətlərin əksi istiqamətində tozdan ibarət şleyf yaradırlar və Yer öz orbiti boyunca hərəkət zamanı ora daxil olduqda o toz hissəcikləri Yer tərəfindən cəzb olunur. 

Bu sözləri Demokrat.az-a açıqlamasında astrofizik Kamalə Alışeva deyib. O bildirib ki, bu hadisənin meterohəssas insanlara heç bir təsiri olmayacaq:

“Yerin atmosferinə daxil olduqda bir çox seyrək mühitdən sıx mühitə düşdüyü zaman sürətlə yerə doğru cəzb olunduğundan  onlar alışırlar və kənardan bir axan ulduz və yaxud  düşən ulduz şəklində müşahidə olunur. Çox maraqlı bir hadisədir. Adətən, avqust ayının sonu, sentyabrın əvvəlində baş verir. Bu il Bakıda sentyabrın 5-dən 15-nə qədər müşahidə olunacaq. Ən aktiv vaxtları isə səhərə yaxın saat 5 radələrində üfüqin maksimum hündürlüyündə olacaq. 1 saat ərzində 4-5 ulduzun düşməsini  müşahidə edəcəyik. Meteohəssas insanlara isə bu hadisənin heç bir təsiri yoxdur. Bu sadəcə maraqlı bir hadisədir və göydə gözlə görünəcək bir prosesdir”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top