"Türkiyə BRICS-in mövcud imkanlarından istifadə etməyi düşünür" — Politoloq

GÜNDƏM 03 sentyabr 2024, 19:25
 “BRICS potensial iqtisadi imkanlar baxımından tədricən avro-atlantik məkanı üstələyən alternativ təşkilata çevrilir. Bu baxımdan BRICS demək yeni iqtisadi əlaqələr, ticari tərəfdaşlıqlar, dəhlizlər və logistika deməkdir. Buna görə də Türkiyə təşkilata üzv olmaqla yalnız özünün dırnaqarası müttəfiqlərinin sərhədlərində deyil, bütün dünyaya açılmaq istəyir. Düşünürəm ki, doğru olan da budur”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

O, qardaş ölkənin BRICS təşkilatına üzvlük üçün müraciət etməsinə münasibət bildirirək qeyd edib ki, Türkiyə BRICS-in mövcud imkanlarından istifadə etməyə düşünür:

“Hesab edirəm ki, gələcək perspektivdə dollar yeganə tədavil vasitəsi olmaqdan çıxdığı təqdirdə ona alternativ valyuta kimi BRICS ortaya konkret valyuta da qoya bilər. BRICS-ə üzv olan ölkələr bu gün sürətli inkişaf yolundadır. Həm Azərbaycan, həm də Türkiyənin təşkilata üzvlük üçün müraciət etməsi doğru qərardır. Perspektiv vəd edir və iki dövlətin təhlükəsizlik maraqlarına uyğundur. Türkiyənin NATO üzrə strateji tərədaşları bu məsələdən narahat olmağa başlayıblar, müəyyən təzyiq və hədələr də eşidilir. Lakin bunlar əbəsdir, bir dövlətin maraqları haradadırsa, özü də orada olmalıdır. Qərbin dediyi ilə oturub durmaq nə Azərbaycana, nə də Türkiyəyə fayda verər. Ən azından ən həlledici məqamlarda Qərbin Türkiyəyə arxa çevirdiyini hər kəs görüb. Buna görə də Türkiyə gələcəyini düşünürək BRICS, ŞƏT kimi təşkilatlarda təmsil olunmağa üstünlük verir”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top