“Heyvan kəsimi məntəqələrinin döşəməsi kafel olmalıdır” — Sanitar qaydalar gözlənilmir

GÜNDƏM 03 sentyabr 2024, 18:59
 Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvan kəsimi və ət satışı məntəqələrində monitorinqlər aparıb. Yoxlamalar Bakı şəhəri, Ağcabədi və Qazax rayonlarında 13 məntəqəni əhatə edib. Agentlikdən bildirilib ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan kəsim və satış məntəqələri haqqında inzibati xəta protokolu tərtib edilib. 

Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov Demokrat.az-a açıqlamasında deyib ki, ət kəsimi yerləri sanitar-gigiyena qaydalarına uyğun olmalıdır:

“Kəsim üçün gətirilən heyvanlar nəcisdən, torpaqdan, palçıqdan təmizlənməlidir. Kəsim məntəqəsinin döşəməsi kafel olmalıdır ki, yuyub təmizləmək mümkün olsun, dezinfeksiya edilsin. Bu qaydalar gözlənilmədikdə antisanitar vəziyyət yaranır. Nəticədə ətlər mikrobioloji çirklənməyə məruz qalır. Kəsilmiş ətləri asmaq üçün qurğular olmalıdır, heyvanın dərisini soyarkən onu hündürlükdən asmaq lazımdır. Torpaqda, döşəmədə heyvanın dərisini soymaq olmaz”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top