Polad Həşimovun həyat yoldaşına dövlət qurumunda vəzifə verildi

GÜNDƏM 03 sentyabr 2024, 18:34
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya dövlət qurumunda vəzifə verilib.

Modern.az-ın məlumatına görə, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.

O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.

O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top