Bakı metrosunda hadisə: Sərnişinlər düşürüldü

HADİSƏ 03 sentyabr 2024, 18:11

Bakı metropoliteninin "Nizami" stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni məlumat yayıb.

Bu, "Nizami-Dərnəgül" sahəsində 2 qatar arasında interval pozulmasına səbəb olub.

"Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb", - məlumatda qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 sentyabr 2024, 17:48
15 sentyabr 2024, 16:16
Top