Biləsuvar sakinlərindən silahlar götürüldü

HADİSƏ 15 sentyabr 2024, 12:59
Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb.

Demokrat.az-ın məlumatına görə, qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi istiqamətində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində 7 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları müxtəlif markalı ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top