Azərbaycana qanunsuz dərmanların gətirilməsinin qarşısı alındı FOTO

SOSİAL 30 avqust 2024, 17:56

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar. 

Demokrat.az komitəyə istinadən məlumat verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı "Yaşıl kanal" vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə baxış keçirilib. 

Yoxlama zamanı vətəndaşa məxsus çantadan gömrük orqanlarına bəyan edilməyən, 6 adda 134 ədəd dərman vasitələri, Azərbaycanın aksiz markası ilə markalanmayan 1 800 ədəd siqaret, ümumi təqribi çəkisi 161 qram qızıl-zinət əşyaları aşkar edilib.


Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 13:14
Top