Havada toz müşahidə olunur

SOSİAL 29 avqust 2024, 10:01
Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq  Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Demokrat.az-a bildirib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır. 

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır.

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq  yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 sentyabr 2024, 00:27
11 sentyabr 2024, 22:18
Top