Bu ölkədə yeni tanış olan cütlük görüşərsə, 360 dollar alacaq

DÜNYA 27 avqust 2024, 16:18
Cənubi Koreyada yeni tanış olan cütlük görüşərsə, onlara 360 dollar, evlənərsə 15 min dollar pul verilir.

Demokrat.az xəbər verir ki, bu barədə "China Morning Post" nəşri yazıb. 

Mənbə qeyd edir ki, doğum səviyyəsinə görə dünyada sonuncu yerlərdən birini tutan C.Koreyada hökumət bu problemi aradan qaldırmaq üçün gəncləri evliliyə təşviq edir. 

Ölkənin Pusan şəhərinin bir rayonunda yerli idarəetmə orqanı yeni tanış olub görüşənlərə və evlənənlərə pul verir. 

Eksperiment effekt verərsə, bu tendensiya ölkə boyunca genişlənə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top