"Uber" cərimələndi — SƏBƏB

AVTO 27 avqust 2024, 08:33
"Uber" Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 290 milyon avro (550 milyon manat - red.) məbləğində cərimələnib.

Demokrat.az xəbər verir ki, şirkətin avropalı sürücülərin şəxsi məlumatlarını lazımi mühafizə olmadan ABŞ-yə ötürdüyü məlum olub.

"İki ildən artıq davam edən məlumat ötürülməsi Avropa İttifaqının İstifadəçi məlumatlarının qorunmasına yönəlmiş texniki və təşkilati tədbirlər tələb edən Ümumi Məlumatların Qorunması Qaydasının ciddi şəkildə pozulmasıdır", - deyə Niderlandın Məlumatların Mühafizəsi Təşkilatından bildirilib.

"Uber" qərarı yanlış və əsassız adlandırıb. Şirkət apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Qeyd edək ki, iş 170 fransız "Uber" sürücüsünün şikayətindən sonra başlanıb. "Uber"in Avropadakı baş ofisi Niderlandda yerləşdiyi üçün cərimə Niderland hakimiyyəti tərəfindən verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top