Xəbər verdiyimiz kimi qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan iki abituriyent ali məktəbə daxil ola bilməyib. Sosial şəbəkə paylaşımlarımdan məlum olub ki, onlardan biri I qrup üzrə 658 bal, digəri isə 630 bal toplayıb. Aşağı bal toplayıb universitetə daxil olan abituriyentlərin uğuru nə qədər sevindiricidirsə, yüksək bal toplamasına rəğmən tələbə adı qazana bilməmək də bir o qədər təəssüfləndirici haldır.
Təhsil eksperti Elçin Muradov Demokrat.az-a açıqlamasında qeyd etdi ki, 600-dən yuxarı bal toplayıb lakin ali məktəblə daxil ola bilməyən bir neçə nəfər var:
“630 və 658 bal toplayan abituriyentlər ixtisas seçimini özləri ediblər, ona görə də heç bir ixtisasa qəbul ola bilməyiblər. İxtisas seçimi ən az qəbul imtahanı qədər məsuliyyətli işdir.
Bunu abituriyent özü həyata keçirə bilirsə, nə gözəl, bilməyənlər isə bu işlə məşğul olan peşəkar birinə müraciət edə və ya Dövlət İmtahan Mərkəzinin yaratdığı abituriyent məsləhət mərkəzlərinə yaxınlaşa bilərlər. Düşünürəm ki, kəsilən abituriyentlər keçid balı topladıqları baldan yuxarı olan ixtisasları yazıblar, yüksək bal topladıları üçün arxayın olub başqa ixtisasları qeyd etməyiblər. Abituriyentlərə və valideynlərə tövsiyəm budur ki, belə nəticə ilə qarşılaşmamaq üçün ixtisas seçimi zamanı kömək alsınlar. DİM bu istiqamətdə maarifləndirmə işləri aparmalıdır. Bəzən maddi problemlər səbəbilə abituriyentlər ixtisas seçimlərini özləri həyata keçirirlər, düzgün seçim etmədiklərinə görə də kənarda qalırlar, kiməsə əlavə ödəniş edib dəstək ala bilmirlər. Ona görə də DİM-in nəzdindəki abituriyent məsləhət mərkəzlərinin aktivliyini qabartmaq lazımdır. İmkansız ailələrin övladları ödənişlə kiməsə müracitə edə bilmirsə, bu mərkəzlərin köməyindən istifadə etməlidirlər”.
Törə Zeynallı
Demokrat.az