Bu marşrutların yolu dəyişdirilir

SOSİAL 22 iyun 2025, 17:53
Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.

Demokrat.az xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, iyunun 24-ü saat 09:00-dan 26 iyun saat 18:00-a qədər aidiyyəti qurum tərəfindən Abşeron–Puta mənzili üzrə cüt yolun 32-ci km PK 3-də (Dadaş Bünyadzadə küçəsi) yerləşən qorunan dəmiryolu keçidində əsaslı təmir işləri aparılacaq.

Bu səbəbdən 126, 206 və 554 nömrəli marşrutların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək. Avtobuslar Abşeron–Puta mənzili 30-cu km PK 5-də yerləşən yolötürücüdən (28 May küçəsi) keçməklə fəaliyyət göstərəcək.

Dəyişiklikləri nəzərə almağınızı xahiş edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top