Faktiki hava açıqlanıb

SOSİAL 22 iyun 2025, 16:57
Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-i saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən Demokrat.az-a verilən xəbərə görə, Zaqatala, Qax (Sarıbaş), Oğuz, Şəki, İsmayıllı, Qəbələ, Quba və Qusarda arabir yağış yağır.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23, Neftçalada 20, Culfada 16 m/s-dək güclənir.

Qax, Şəki, Qusar, Qrızda duman müşahidə olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top