“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində xarici vətəndaşların təxliyəsi davam etdirilir

SOSİAL 22 iyun 2025, 17:45
“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam etdirilir.

Demokrat.az xəbər verir ki, bu dəfə təxliyə olunanlar arasında Portuqaliya, Belçika, Cənubi Afrika, Çin, Türkiyə, İran, ABŞ və digər ölkələrin vətəndaşları yer alıb. Təxliyə prosesi əvvəlcədən müəyyən edilmiş sənəd və qayda tələblərinə uyğun şəkildə həyata keçirilib.

Yoxlamaların tamamlanmasından sonra onların ölkə ərazisində təhlükəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi nəqliyyat vasitələri ayrılıb və təxliyə edilən qrup Bakı istiqamətində yola salınıb.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər. (Azertac)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 iyun 2025, 20:59
Top