Qəzzada ölənlərin sayı artdı

DÜNYA 24 avqust 2024, 16:42
İsrailin intensiv hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 40 min 334-ə çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Məlumata görə, İsrail ordusunun son 48 saatda həyata keçirdiyi 5 hücumda 69 fələstinlinin həyatını itirdiyi, 212 fələstinlinin isə yaralandığı bildirilib.

Hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 40 min 334-ə, yaralıların sayının isə 93 min 356-ya yüksəldiyi bildirilib.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top