Universitetlərdə boş qalan yerlərə kimlər qəbul oluna bilər? — AÇIQLAMA

SOSİAL 23 avqust 2024, 19:20
Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçiminin nəticələri ilə yanaşı ixtisas qrupları üzrə boş qalan plan yerlərinin də sayı açıqlanıb. I qrupda 1630, II qrupda 387, III qrupda 590, IV qrupda 450 boş plan yeri qalıb. V qrup üzrə qəbul yerlərinin hamısı dolub. 

Təhsil eksperti Elçin Əfəndi boş qalan yerlər uğrunda kimlərin yenidən müsabiqəyə qatıla biləcəyinə Demokrat.az-a açıqlamasında aydınlıq gətirib:  

“Dövlət İmtahan Mərkəzi tərəfindən müvafiq olaraq ali təhsil müəssisələrinə 1-ci turda yerləşdirmənin nəticələri elan olundu. 28 avqust-2 sentyabr tarixlərində 2-ci tur keçiriləcək və boş qalan plan yerlərinə qəbul aparılacaq. 

2-ci turda yalnız müsabiqə şərtini ödəyən şəxslər iştirak edə bilərlər. Ümumi balı 150 olmaqla blok imtahanında 50-dən yuxarı, 100-dən aşağı bal toplayan namizədlər 150 ballıq ixtisasların müsabiqəsində, digər istiqamətlərdə isə ümumi balı 200 olmaqla blok imtahanından minimum 100 bal toplayan şəxslər bütün ixtisaslar üzrə dövlət sifarişi əsasında müsabiqədə iştirak edə bilərlər”.


Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 iyun 2025, 08:27
20 iyun 2025, 22:40
Top