"Araz-Naxçıvan"ın legioneri Türkiyədə əməliyyat olundu

İDMAN 23 avqust 2024, 10:04
“Araz-Naxçıvan”ın futbolçusu Karlos Jatoba əməliyyat olunub.

Demokrat.az xəbər verir ki, bunu Premyer Liqa klubunun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən əməliyyata məruz qalıb. Türkiyə milli komandasının həkimi Berkin Toker tərəfindən “Fulya Acıbadem” xəstəxanasında aparılan cərrahi müdaxilə uğurlu alınıb. Jatoba avqustun 27-də Bakıya dönəcək.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda forma geyinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top