“TikTok”-a baxmaq gənc qadınların psixologiyasını pozur — ARAŞDIRMA

MARAQLI 22 avqust 2024, 19:24
Yeni bir araşdırmaya görə, hətta “TikTok”-da anoreksiya məzmununa cəmi 8 dəqiqə baxmaq belə gənc qadınların bədən imicinə mənfi təsir göstərə bilər. Bu, yemək pozğunluğu riskini artıraraq psixi sağlamlığa zərər verə bilər.

Demokrat.az
“TikTok”-la bağlı araşdırmanı təqdim edir:

1. TikTok dünyada bir milyarddan çox aktiv istifadəçisi olan məşhur sosial media platformasıdır. Bununla belə, Avstraliyanın Çarlz Sturt Universitetinin yeni araşdırması bu platformanın gənc qadınlara mənfi təsirlərini vurğulayır.

2. ⁠Tədqiqat göstərir ki, hətta 8 dəqiqə ərzində anoreksiyaya meylli məzmuna baxmaq belə, bədən imici və gözəllik standartlarına mənfi təsir göstərə bilər.

3. ⁠Anoreaksiya məzmunları psixoloji zərərlərə səbəb olur

Araşdırmaya qatılan 18-28 yaş arası 273 gənc qadın TikTok istifadə vərdişləri, bədən imici və gözəllik standartlarına yanaşmaları ilə bağlı sorğularda iştirak edib. İştirakçıların yarısı “TikTok”-da anoreksiya və arıqlama məzmununa baxıb, digər yarısı isə təbiət, yemək, heyvanlar və ya komediya kimi neytral məzmuna baxıb. 

Nəticələr göstərdi ki, xüsusi olaraq pro-anoreksiya məzmununa məruz qalan qadınların bədən imicindən məmnunluq hissi əhəmiyyətli dərəcədə azalıb və arıq olmağın vacibliyini mənimsəməyə meylli olublar.

4. “TikTok”-dan istifadə edərkən diqqətli olmalısınız

Araşdırmanın nəticələrinə görə, gündə iki saatdan çox “TikTok” istifadə edən qadınlarda yemək pozğunluğu davranışları daha çox müşahidə edilib. Ancaq bu tapıntı aydın bir nümunə yaratmadı. Bu vəziyyətə nəzarət etmək üçün tədqiqatçılar anoreksiyaya, yemək pozğunluğuna və bədənlə əlaqəli məzmuna daha sərt nəzarət və qaydalar tövsiyə edirlər.

2021-ci ilin ortalarında aparılan bu araşdırmadan sonra “TikTok” icma qaydalarını yenilədi və təhlükəli arıqlama davranışları və yemək pozğunluqlarını əks etdirən məzmunun platformada paylaşılmasına icazə vermədiyini bildirdi. Bununla belə, tədqiqatçılar bu cür məzmunun hələ də dövriyyədə olduğunu və əlavə tənzimləmə tələb olunduğunu vurğulayırlar.


Mehriban Mirzəzadə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top