Sabirabadda ər arvadını döydü — TƏFƏRRÜAT

KRİMİNAL 20 avqust 2024, 16:21
Sabirabad rayonunda 1980-ci il təvəllüdlü Məmməd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qeyri-rəsmi münasibətdə yaşadığı Bahara (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabirabad rayonunun kəndində baş verib. 

Məmməd həmin gün saat təxminən 16:00-da evlərində qeyri-rəsmi nikahda yaşadığı evdə spirtli içki qəbul edib, həyat yoldaşı Bahardan ondan niyə boşanmaq istədiyini və ondan niyə əvvəllər şikayət etdiyini bildirib. 

Bu zaman Məmməd həyətdən götürdüyü ağacla və yumruq-şillə ilə vurmaqla Baharı çoxsaylı zərbələr vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham verilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 24 ildir Bahar ilə qeyri-rəsmi ailə həyatı qurub: 

“Bizim evliliyimizdən 1 qız və 2 oğlan olmaqla, 3 övladımız var. Mən özüm spirtli içki aludəçisi olmuşam. Buna görə yoldaşım Bahar ilə aramızda mübahisələr oldu. Lakin sonradan barışdı. Hadisə günü yaşadığım evdə spirtli içki qəbul edirkən yoldaşım Bahar mətbəxdə yemək hazırlayırdı. 

Spirtli içki qəbul etdikdən sonra yoldaşımın məndən əvvəllər boşanmaq istəməsi, şikayət etməsi yadıma düşdü. Buna görə də mətbəxə gedərək yoldaşımı evdən çıxartdım. Yoldaşım çıxdıqdan təxminən 5 dəqiqə sonra həyətin qapısından yoldaşımı geri çağırdım və mənimlə birlikdə evə daxil oldu. 

Evə daxil olan zaman həyətdəki ağacı götürərək yoldaşımı vurdum. Bundan sonra həyətə düşərək siqaret çəkməyə başladım. Evə daxil olduqda yenidən əsəbləşərək arvadımı yumruq, şillə ilə bədənin müxtəlif nahiyyələrindən vurmağa başladım. 

Bundan sonra otağa keçərək yerimdə uzandım. 10 dəqiqə sonra yenidən əsəbləşərək yoldaşımın üzərinə hücum çəkmək istəyərkən yoldaşım evdən çıxaraq getdi. Mən isə yerimdə uzanaraq yatdım”. 

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamamasını nəzərə alınıb. Bu səbəbdən Məmmədin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 15:03
Top