Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

DÜNYA 18 avqust 2024, 13:45
İran parlamenti Abbas Araqçini xarici işlər naziri vəzifəsinə təsdiqləyib.

Demokrat.az APA-ya istinadən bildirir ki,  bu barədə "Tasnim" məlumat yayıb.

İran parlamentinin (İslam Şurası) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası təklif olunan xarici işlər naziri Abbas Araqçinin səlahiyyətlərini, planlarını və fəaliyyətini təsdiqləyib.

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 11-də 14-cü hökumətdə xarici işlər naziri vəzifəsinə Abbas Araqçini təqdim etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top