ABŞ kəşfiyyatı Azərbaycan, Ermənistan və digər ölkələrdə əhalinin artımı ilə bağlı məlumatlar təqdim edib

DÜNYA 16 avqust 2024, 16:41
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə əhalinin artım templərini müqayisə edib.

Məlumatlar doğum nisbətinin artması (və ya azalması), ölüm nisbəti və gedən immiqrantların balansı əsasında əhalinin orta illik faiz dəyişikliklərinin müqayisəsinə əsaslanır.

Ermənistan siyahıda 217-ci yerdədir. MKİ-nin məlumatına görə, Ermənistanda əhalinin artım tempi 0,42% azalıb.

Azərbaycan 156-cı yerdədir (0,43 faiz artım).

Gürcüstan 222-ci yerdə (əhali artım tempinin azalması - 0,5%) qərarlaşıb.

Rusiya 221-ci (əhali artım tempinin azalması - 0,49%), Türkiyə 139-cu (əhali artımı - 0,61%), İran 104-cü (əhali artımı - 0,88%) yeri tutub.

Reytinq siyahısına əhalinin artım tempinin 4,65% olduğu Cənubi Sudan başçılıq edir.

Sonrakı yerlərdə 3,66% əhali artımı ilə Niger, 3,33% ilə Anqola və 3,29% ilə Benin gəlir. (Ordu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 17:42
10 sentyabr 2024, 15:03
Top