Yaponiyanın Baş naziri Fumio Kişida sentyabrda keçiriləcək partiya seçkilərində hakim Liberal Demokrat Partiyasının (LDP) lideri kimi təkrar seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Məlumata görə, Fumio Kişida Tokioda keçirdiyi mətbuat konfransında LDP-yə yeni bir şəxsin başçılıq etməsinin vaxtının gəldiyini bildirib və partiyanın yeni liderini hərtərəfli dəstəkləyəcəyini bildirib.
Jurnalistlərə açıqlama verən Fumio Kişida, bu seçkidə LDP-nin dəyişdiyini və partiyanın yeni dövrə girdiyini insanlara göstərmək lazımım olduğunu vurğulayıb:
"Bunun üçün şəffaf və açıq seçkilər, azad və canlı debatlar vacibdir. LDP-nin dəyişəcəyini göstərmək üçün ən bariz ilk addım mənim kənara çəkilməyimdir.Mən növbəti prezident seçkilərində namizəd olmayacağam", - Fumio Kişida bildirib.
Qeyd edək ki, Baş nazir Kişida 2021-ci ilin sentyabrında 3 il davam edəcək seçkilərdə partiya sədrliyinə yüksəlib və qısa müddət sonra keçirilən ümumi seçkidə qalib gəlib.
Mehriban Mirzəzadə
Demokrat.az