"İnternet oyunları olmasa da zərərli vərdişlərə meyillənə bilər..." — Asılı şəxsiyyət tipi necə yaranır?

SOSİAL 13 avqust 2024, 16:23
Günümüzdə internet oyunları yeniyetmə və gənclər arasında daha çox yayılıb. İnternet oyunları bəzi zərərli vərdişlərə, mənfi davranışlara səbəb olur. Türkiyənin Eskişehir şəhərində 18 yaşlı gənc “PUBG: Battlegrounds” oyunundan sonra sonra küçədə insanlara hücum edib. O, evdən qoruyucu jilet və dəbilqə ilə çıxaraq oyunda baş verənləri təkrarlamağa başlaıb. Bıçaq və balta ilə insanlara xəsarət yetirib, nəticədə 5 nəfər yaralanıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, gənc polis əməkdaşları tərəfindən saxlanılıb, hadisə ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır. Gəncin psixi pozğunluqdan əziyyət çəkdiyi də istisna edilmir.

Klinik psixoloq Gülşən Rüstəmova Demokrat.az-a açıqlamasında deyib ki, insanların internet oyunlarının təsiri altına düşməsi kənardan sadə görünür, amma məsələnin kökü dərindir:



“İnsan internet oyunlarına həddindən çox maraq göstərirsə, deməli onun psixologiyasında meyilləri fərqlidir. Bilmək lazımdır ki, bu insan niyə internet oyunlarının təlqin etdiyi davranışlara meyillənir, niyə həmin dalğada rahatlıq tapır.  Deməli, onun psixologiyasında nəsə var ki, onu internet oyunlarına, aqressiv davranışlara yönəldir,internetdə gördüklərini təkrarlamağa cəh edir. Bunu ən yaxşı anlaya biləcək şəxslər valideynlər və ya uşaqların ən çox birlikdə vaxt keçirdikləri şəxslərdir. Onlar bilə bilər ki, uşaq nəylə məşğul olur, vaxtının çoxunu nəyə sərf edir, internetdə nəylə maraqlanır. Belə olan halda mütəxəssisə müraciət etmək lazımdır. Çünki bu insanda asılı şəxsiyyət tipi, asılı insan tipi formalaşa bilər. Belə insan internet oyunları olmasa belə daha zərərli vərdişlərdən asılı hala gələ, özünə və ətrafına daha çox ziyan vura bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top