Bir çox qalmaqallar ilə yanaşı maraqlı səhnələrə şahidlik etdiyimiz olimpiadada Azərbaycan 2 qızıl, 2 gümüş, 3 bürünc medal qazanaraq 28-ci yerdə qərarlaşıb.
Bundan başqa olimpiada dünya gündəmində bəzi qadın idmançıların xarici görünüşü ilə də yadda qalıb.
Demokrat.az xəbər verir ki, AZXEBER.COM Paris 2024-ün sanki gözəllik yarışmasına qatılmış modellər kimi diqqət çəkən bəzi idmançılarını araşdırıb. Onları birlikdə tanıyaq.
Paris 2024 Olimpiya oyunlarındakı çıxışından daha çox gözəlliyi ilə danışılan şəxs atlet Alica Schmidt oldu. O, 2024-cü il Yay Olimpiya Oyunlarında 4×400 qarışıq estafet üçün Almaniya komandasında yer alıb. "Dünyanın ən seksual atlet"i kimi tanınan Alica Schmidt Biznes jurnalı "Forbes" tərəfindən "30 yaşdan aşağı dünyanın ən uğurlu insanları" siyahısına əlavə edilib. O isə hər müsahibəsində gözəlliyi ilə yox, idmandakı uğurları ilə yadda qalmaq istədiyini deyib.
Bir digər gözəlliyi ilə yadda qalan idmançı isə ingiltərəli dirəklə tullanma idman növü üzrə yarışan Molli Kodri olub. 24 yaşlı atlet atletika ilə yanaşı uzun zaman gimnastika ilə də məşqul olub. O sarı saçları, mavi gözləri və düzgün bədən quruluşu ilə dünya mediasının diqqətini çəkməyi bacarıb.
Serbiya milli voleybol komandasının ən gənc və populyar ulduzlarından biri, şübhəsiz ki, 2004-cü il təvəllüdlü Hena Kurtagiçdir. Növbəti mövsüm İtaliya Liqasında çıxış etməyə hazırlaşan gənc ulduz gözəlliyi ilə hər kəsi özünə valeh edib. Kurtagiçin Olimpiadanın rəsmi internet saytındakı qısa tanıtım profilində "Ən böyük hədəfin” sualına "Türkiyədə peşəkar voleybol oynamaq” cavabını verməsi isə türkiyəli pərəstişkarların sayını bir xeyli artırıb.
Paraqvaylı üzgüçü Luana María Alonso Mendez bir çox Paraqvay rekordunun sahibidir. Gözəlliyi ilə göz qamaşdıran qalmaqallı idmançı Paris 2024-də gözəlliyi ilə yanaşı qalmaqalları ilə də gündəm olub. 20 yaşlı üzgüçü Luana Alonso uyğunsuz davranışlar sərgilədiyi üçün Paraqvay Olimpiya Komitəsi tərəfindən Olimpiya kəndindən qovulub.
2020 Yay Olimpiya Oyunlarında qadınların fərdi çoxnövçülük üzrə qızıl medalını qazanan gimnast Sunisa Lee həm gözəlliyi, həm dəuğuru ilə Paris 2024-də yadda qalıb. O, tarixdə ilk dəfə Olimpiadada qızıl medal qazanan ilk Hmonq-Amerika idmançıdır. O, ötən ay Qadın İdman Fondu tərəfindən ilin fərdi idmançısı seçilib.
Cüdo tarixinin ən gənc dünya çempionu olan Daria Bilodid ötən il Dünya İdman Mətbuatı Assosiasiyası tərəfindən dünyanın ən yaxşı 15 idmançısı siyahısına daxil edilib. Gözəlliyi ilə idmansevərlərin ağlını başından alan cüdoçu sərt döyüş tərzinə görə "anakonda" adlandırırlar.
Paris 2024-ün gözəlləri siyahısında son olaraq 1996-cı il təvəllüdlü uzunluğa tullanma idman növü üzrə yarışan qaradərili İspan idmançı Fatima Diameni də qeyd etməsək olmaz. 54 kq olan qaradərili atlet həm bədən quruluşu, həm də uğurları ilə Paris 2024-üm yaddaqalan simalarından olmağı bacarıb.